AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Elanlar

2021-10-05 07:03:46 867

Azərbaycan Neftçi Geoloqlar Cəmiyyəti, AMEA Geologiya və Geofizika İnstitutu, Avropa Yer Elmləri Alimləri və Mühəndisləri Assosiasiyasının Azərbaycan bölməsi (EAGE LC Azerbaijan) elan edir

Azərbaycan Neftçi Geoloqlar Cəmiyyəti, AMEA Geologiya və Geofizika İnstitutu, Avropa Yer Elmləri Alimləri və Mühəndisləri Assosiasiyasının Azərbaycan bölməsi (EAGE LC Azerbaijan) ilə birlikdə 15 dekabr 2021-ci il tarixlərində Bakıda Ş.Mehdiyevin xatirəsinə həsr olunmuş 'Karbohidrogenlərin yaranması, miqrasiyası və yığılması' mövzusunda XI Respublika Elmi Konfransın keçirilməsi barədə elan edir.

Konfransda məruzə ilə iştirak etmək üçün müraciətlər 30 oktyabr 2021-ci il tarixinədək aşağıdakı mövzular üzrə qəbul edilir:
1. Neftin və qazın genezisi, miqrasiyası və yığılmasının öyrənilməsinə dair yeni məlumatlar
2. Müasir kəşfiyyat qazma işlərinin nəticələri
3. Neft və qaz hövzələrinin əmələ gəlməsi və geoloji modelləşdirilməsinin nəticələri haqqında
4. Neft və qaz hövzələrinin termobarik rejimi haqqında
5. Kəşfiyyat geologiyasının digər məsələləri

Bir səhifə həcmində (2000-2500 simvol) məruzələrin tezisləri azərbaycan və ya rus dilində konfransın Təşkilat Komitəsinin katibi Leyla Əlimuradovaya (email: eage_lc_azerbaijan@mail.ru ) təqdim etməyinizi xahiş edirik.