AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Elanlar

2020-09-15 02:03:43 1179

Horizon 2020 Green Deal Call (Yaşıl razılaşma çağırışı) proqramı çərçivəsində Şərq Tərəfdaşlığı ölkələri üçün maliyyə imkanları üzrə vebinar

Avropa Komissiyası Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinin Avropa İttifaqı Çərçivə
Proqramlarında və Avropa Tədqiqat Sahəsində (ERA) uğurlu iştirakını dəstəkləyir.
Bu səbəbdən, ŞT ölkələrindən olan tədqiqatçılara və innovasiya sahəsindəki
mütəxəssislərə Horizon 2020 (son çağırışlar) və Horizon Avropa proqramlarına
müraciətlərin hazırlanmasında köməklik göstərilir. Avropa Komissiyası iddialı Avropa
Green Deal proqramı ilə bağlı əməkdaşlıq imkanlarını xüsusilə önə çəkir.
Avropa Komissiyasının Beynəlxalq Əməkdaşlıq Xidmət Təşkilatı tədqiqatçıları
və digər maraqlı tərəfləri sentyabrın ortalarında başlayacaq Horizon 2020 Green Deal
çağırışına dair virtual təlimlərdə iştirak etməyə dəvət edir.
Virtual Green Deal təlimləri üç sessiyadan ibarətdir və hər biri Green Deal
çağırışını müxtəlif aspektlərdən əhatə edir. Birinci sessiyada ümumi icmal təqdim
ediləcəyi halda, ikinci və üçüncü sessiyalar daha çox təfsilata yönəldiləcək, həmçinin
şəbəkələrin yaradılması və layihə təkliflərinin yazılması kimi ümumi məqamlara
toxunulacaq. İştirakçılar digər müvafiq tədbirlər, məlumat mənbələri və şəbəkə
imkanları üzrə linklərlə təmin ediləcək. Sessiyaların birində, ikisində və ya hər üçündə
iştirak etmək olar.
İlk virtual Green Deal təlimi 18 sentyabr 2020-ci il tarixində saat 12.00-da
başlayacaq.
İştirakda maraqlı şəxslər bu linkdən qeydiyyatdan keçməlidirlər:
https://secure.pt-dlr.de/pt-conference/conference/TR_Nov_20