Докторантура

AZƏRBAYCAN MILLI ELMLƏR AKADEMIYASININ NEFT VƏ QAZ İNSTİTUTU 2017/2018-ci TƏDRİS İLİ ÜÇÜN DOKTORANTURAYA VƏ DİSSERTANTURAYA QƏBUL

AMEA NEFT və QAZ İNSTİTUTU 2017/2018-ci TƏDRİS İLİ ÜÇÜN AŞAĞIDAKI İXTİSASLAR ÜZRƏ DOKTORANTURAYA QƏBUL ELAN EDİR

FƏLSƏFƏ DOKTORU HAZIRLIĞI ÜZRƏ
2521.01 – “Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı” – 1 yer (əyani)

AMEA NEFT və QAZ İNSTİTUTU 2017/2018-ci TƏDRİS İLİ ÜÇÜN AŞAĞIDAKI İXTİSASLAR ÜZRƏ DİSSERTANTURAYA QƏBUL ELAN EDİR

FƏLSƏFƏ DOKTORU HAZIRLIĞI ÜZRƏ

2507.01 – "Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları"  - 1 yer

2508.01 – "Geoekologiya" - 1 yer

2521.01 – “Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı” – 1 yer

2523.01 – "Quyuların qazılması texnologiyası" - 1 yer

2525.01 –  "Neft və qaz yataqlarının işlənməsi və istismarı" - 2 yer

 

ELMLƏR DOKTORU HAZIRLIĞI ÜZRƏ

2525.01 –  "Neft və qaz yataqlarının işlənməsi və istismarı" - 1 yer

2521.01 – “Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı” – 3 yer

 

SƏNƏDLƏRİN TƏQDİM EDİLMƏSİNİN MÜDDƏTİ:
2017-ci il DEKABR AYININ 27-dən 2018-ci il YANVARIN 26-dək
TELEFON: +99412 493 67 34 (1200)

DİSSERTANTURAYA  QƏBUL ÜÇÜN AŞAĞIDAKİ SƏNƏDLƏR TƏQDİM EDİLİR:

 

1- ərizə (AMEA Neft və Qaz İnstitutunun direktorunun adına);

2 - kadrların şəxsi-qeydiyyat vərəqəsi (iş yerindən, Kadrlar şöbəsinin müdirinin imzası, möhür);

3 - tərcümeyi-hal;

4 - 4 ədəd fotoşəkil (3х4 sm ölçüdə);

5 - iş yerindən xasiyyətnamə (xasiyyətnamə  AMEA Neft və Qaz İnstitutunda dissertant təsdiq olunmaq üçün təqdim olunur).

6 - iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

7 - çap olunmuş elmi işlərin siyahısı  və ya seçilmiş ixtisas üzrə referat (15-20 vərəq,  ədəbiyyat);

8 - rəy;

9 - ali təhsil müəssisəsini bitirmək haqqında diplomun (bakalavr, magistr  və qiymətlər ) müvafiq qaydada  təsdiq edilmiş surəti;

10 - şəxsiyyəti təsdiq elən sənədin surəti;

11 - elmi rəhbərin razılığı;

12 - dissertasiya işinin  ilkin planı;

13 - dissertasiya mövzusunun əsaslandırılması.