MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Elanlar

2022-06-16 06:59:41 812

İran Elm və Texnologiya Tədqiqat Təşkilatı 36-cı Əl-Xarəzmi Beynəlxalq Mükafatı elan edir

İran Elm və Texnologiya Tədqiqat Təşkilatı (IROST) elm adamlarını və tədqiqatçıları 36-cı Əl-Xarəzmi Beynəlxalq Mükafatı uğrunda yarışmağa dəvət edir.. Hər il ənənəvi olaraq təşkil olunan müsabiqənin keçirilməsinin əsas məqsədi elm və texnologiyanın əsas sahələri üzrə mühüm nəticələr əldə etmiş tədqiqatçı ,ixtiraçı və novatorların elmə verdikləri töhfələri dəyərləndirmək, onların beynəlxalq aləmdə tanınmasına dəstək göstərməkdir.
Əsas sahələr: Aerokosmonavtika, kənd təsərrüfatı və təbii sərvətlər,heyvandarlıq və baytarlıq , fundamental elmlər , biotexnologiya və əsas tibb elmləri , kimya texnologiyası, mühəndislik (bütün sahələrdə), informasiya texnologiyaları , nanotexnologiya , mexanika, metallurgiya sənaye və texnologiyanın idarə edilməsi və s

Dövrilik: Beynəlxalq Xarəzmi Mükafatı hər il təşkil edilir və gecikmiş müraciətlər növbəti sessiyaya keçirilir.

Müraciət üçün son tarix: 01-11-2022 ( son tarix uzadıldı-10-11-2022)

Beynəlxalq Əl-Xarəzmi Mükafatları laureatlarının elanı 2023-ci il yanvar ayı üçün nəzərdə tutulub.

Əlaqə:
İran Elm və Texnologiya Tədqiqat Təşkilatı (IROST)

Xarəzmi Beynəlxalq Mükafatı (KİA) - Katiblik:

Ehsani Rad küçəsi, Enghelab küçəsi, Əhmədabad Mostufi, Azadegan şossesi,

Poçt qutusu: 335351-11, Tehran 33 13 19 36 85 - Iran IR

Tel/Faks: (+98 21) 56 27 63 45, Tel: (+ 98 21) 56 27 60 38 / 56 27 63 21

E-poçt: khwarizmi@irost.ir
sayt: http://www.khwarizmi.ir
http://www.irost.org/kia/