MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2021-06-10 10:16:09 840

AMEA Neft və Qaz İnstitutunda magistrlik dissertasiyalarının ilkin müdafiəsi keçirildi

10 iyun 2021-ci il tarixində AMEA Neft və Qaz İnstitutunda magistrlik dissertasiyalarının ilkin müdafiəsi keçirildi.

Ağayev Zülfüqar Ağa oğlunun, “Şamaxı – Qobustan rayonunda çöküntütoplama prosesinin geokimyavi şəraitinin tədqiqi (Pirəkeşkül kəsilişi timsalında)” adlı təqdim etdiyi dissertasiya işinə y.e.f.d. Hüseynova Şəlalə, İsmayılov İsmayıl Həsən oğlunun “Pirallahı strukturunun məhsuldar qat çöküntülərinin litologiyası və əmələgəlmə şəraiti” adlı təqdim etdiyi dissertasiya işinə g.m.e.d., prof. Vaqif Qurbanov, Rəcəbli Anar Zülfüqar oğlunun “Çatlı kollektorlu laylarda mayenin süzülməsi prosesində yaranan termodinamik amillərin işlənilmə göstəricilərinə təsirinin tədqiqi” adlı təqdim etdiyi dissertasiya işinə AMEA müxbir üzvü Qərib Calalov və Gülməhəmmədov Murad Gülməhəmmədov oğlunun “Qazma zamanı baş verən udulmaların praqnozlqşdırılması və onlarla mübarizə” adlı təqdim etdiyi dissertasiya işinə AMEA müxbir üzvü Qalib Əfəndiyev rəhbərlik etmişdilər.

Dissertasiya işləri “Geologiya “ və “Neft-qaz mühəndisliyi” ixtisasları üzrə yerinə yetirilmişdir.

Dissertasiyalar ətrafında müzakirələr aparıldı ve magistrantlara tövsiyələr verildi.