MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2023-10-18 12:38:02 348

Neft və Qaz İnstitutunun əməkdaşı elmi texniki konfransda çıxış edib

18-19 oktyabr 2023-cü il tarixlərində "Radiasiya təhlükəsizliyi problemləri: regional aspektlər" mövzusunda elmi texniki konfrans keçirilib.

Konfrans Respublika elminin köklü və aktual istiqamətlərinin inkişafı, elmi kadrların hazırlanması, elmin maddi-texniki bazasının möhkəmləndirilməsində böyük xidmətlər göstərmiş, "Şöhrət" Ordenli akademik M.K.Kərimovun 75 illiynə həsr olunub.

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun Neft-qaz sahəsinin geoekoloji problemləri şöbəsinin müdiri Fəxrəddin Kərimov “Neft-qaz yataqlarının axtarışında ənənəvi və radiometrik metodların tətbiqinin qiymətləndirilməsi” mövzusunda çıxış edib.