MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2023-12-08 09:27:36 309

“Neft-Qaz yataqlarının axtarış problemləri və perspektivləri” mövzusunda Respublika elmi konfransı başa çatıb

7 dekabrda AR Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutu, Gənc alim və mütəxəssislər və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş elmi konfransın bağlanış mərasimində ADNSU-nun elmi işlər üzrə prorektoru, prof. Lətafət Qardaşova, Neft və Qaz İnstitutunun icraçı direktoru, g.-m.e.d., prof. Vaqif Qurbanov, AMEA-nın müxbir üzvü, prof. Qərib Calalov, məsul katib, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Pünhan Səmədli, ADNSU-nun dekan müavini, g.-m.e.n. dosent Vaqif Kərimov, ADNSU-nun professoru Vaqif Seyidov və Geoloji kəşfiyyat fakültəsinin dekanı, dosent Naməd Paşayev iştirak edib.

Konfransda çıxış edən ADNSU-nun elmi işlər üzrə prorektoru, prof. Lətafət Qardaşova konfransın əhəmiyyətinə toxunaraq uğurla keçdiyini deyib. Neft və Qaz İnstitutunun icraçı direktoru, g.-m.e.d., prof. Vaqif Qurbanov Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə və aktual bir mövzuya həsr olunmuş konfransın keçirilməsinin önəminə toxunub və bundan sonra belə konfransların davamlı olmasının vacibliyini qeyd edib.

Sonra həmsədrlər - ADNSU-nun professoru Vaqif Seyidov və AMEA-nın müxbir üzvü, prof. Qərib Calalov hesabat nitqi ilə çıxış ediblər, konfransa təqdim olunan məqalələrin aktuallığından və elmi əhəmiyyətindən bəhs ediblər. Qeyd edək ki, konfransa 60 məqalə təqdim olunub və materialların çap olunması nəzərdə tutulub. 60 məqalədən 25-i məruzə edilib.

Konfransın sonunda gənc alim və mütəxəssislər fəal iştirakına və konfransın təşkilində fərqləndiklərinə görə sertifikatla təltif olundular.