MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2024-04-23 12:43:50 103

Neft və Qaz İnstitutunun Gənc Alimləri Gənclərin Fərdi Layihələr üzrə Qrant Müsabiqəsində qalib seçiliblər

Azərbaycan Respublikası Gənclər Fondunun gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, ictimai fəallığının artırılması, eləcə də innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin dəstəklənməsi məqsədilə 23 noyabr 2023-cü il – 10 yanvar 2024-cü il tarixlərində keçirdiyi “İdeyanı Reallaşdır 2023” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsinin qalibləri müəyyən edildi.

Layihə qəbulu müddətində daxil olan layihə təkliflərinin qiymətləndirilməsi həyata keçirilərək “VətənimİZ”, “İnnovativ Gənclik”, “Gəncdən Gəncə”, “Gənc İstedad”, “Gənclər Məkanı”, “Gənc Lider”, “Azərbaycan Könüllüsü” və “Tələbə Təşəbbüsü” qrant istiqamətləri üzrə 173 layihənin maliyyələşdirilməsi haqqında qərar qəbul olundu.

Belə ki, Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun Gənc Alim və Mütəxəssislər şurasının sədri Pünhan Səmədli “Peyk təsvirlərdən istifadə etməklə palçıq vulkanlarında geoekoloji təhlili”, sədr müavini Rahilə Əliyeva "Yaşıl enerji"dən istifadə üzrə ekoloji maarifləndirmə” və İsmayil İsmayilovun “Seysmoaktiv ərazilərdə yaşayan gənclərin təhlükəsizlik tədbirləri haqqında maarifləndirilməsi” qrant layihəsi qalib elan edilib.