MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2024-07-24 12:48:39 111

“Peyk təsvirlərindən istifadə etməklə palçıq vulkanlarında geoekoloji təhlil” layihəsi çərçivəsində elmi ekskursiyası təşkil edilib

Azərbaycan Respublikası Gənclər fondunun maliyyə dəstəyilə keçirilən “İdeyanı Reallaşdır 2023” qrant layihəsində qalib olmuş “Peyk təsvirlərindən istifadə etməklə palçıq vulkanlarında geoekoloji təhlil” layihəsi çərçivəsində Şamaxı rayonunda yerləşən Dəmirçi palçıq vulkanına gənc alim və tələbələrin elmi ekskursiyası təşkil edilib. Elmi ekskursiyanın məqsədi gənc alimləri palçıq vulkanları ilə tanış etmək və bəzi qısa elmi təcrübələrin aparılması olmuşdur. Belə ki,vulkanda metan qaz çıxışının ölçülməsi “VENTIS MX4” cihazı vasitəsilə aparılıb.

Ekskursiyanın işində Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutu,BDU,ADNSU,SDU,Milli Aviasiya Akademiyası və Qərbi Kaspi Universitetinin gənc alimləri və tələbələri iştirak ediblər. Ekskursiya və orada aparılan ölçmə işlərinin nəticələri iştirakçılar tərəfindən maraqla qarşılanmışdır. Layihə rəhbəri Pünhan Səmədli və ekspert Arif Hüseynov tərəfindən qrant çərçivəsində işlər davam etdirilir.