MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2024-07-29 11:05:59 105

“Peyk təsvirlərindən istifadə etməklə palçıq vulkanlarında geoekoloji təhlil” qrant layihəsi çərçivəsində keçirilən tədbirdəki gənc tədqiqatçı və tələbələrə sertifikat təqdim edilmişdir

Neft və Qaz İnstitutunun Gənc Alim və Mütəxəssislər şurasının sədri Pünhan Səmədlinin Azərbaycan Respublikası Gənclər fondunun maliyyə dəstəyilə keçirilən “İdeyanı Reallaşdır 2023” qrant layihəsində qalib olmuş “Peyk təsvirlərindən istifadə etməklə palçıq vulkanlarında geoekoloji təhlil”qrant layihəsi çərçivəsində tədbir keçirilmişdir. Tədbirdə Şamaxı rayonunda yerləşən Dəmirçi palçıq vulkanında elmi ekskursa zamanı aparılmış təcrübələrin təhlili,vulkanda metan çıxışlarının iqlim dəyişikliyində rolu haqqında məlumat verilmiş və mövzu haqqında geniş müzakirələr aparılmışdır.

Tədbirin sonunda ekskursiyada fəal aktivlik göstərən gənc tədqiqatçı və tələbələrə sertifikat təqdim edilmişdir.