MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2024-07-31 08:24:41 113

"Yaşıl enerjidən istifadə üzrə ekoloji maarifləndirmə" qrant layihəsi çərçivəsində keçirilən tədbirdəki tələbələrə sertifikat təqdim edilmişdir

Neft və Qaz İnstitutunun "Neft - qaz sahəsinin geoekoloji problemləri" şöbəsinin kiçik elmi işçisi Rahilə Əliyevanın Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən "İdeyanı Reallaşdır 2023" qrant layihəsində qalib olmuş "Yaşıl enerjidən istifadə üzrə ekoloji maarifləndirmə" qrant layihəsi çərçivəsində təlim keçirilmişdir. Təlim 2 gün davam etmişdir. Təlimin 1-ci günü ölkəmizdə keçirilən COP29 -un məqsəd və vəzifələrindən , alternativ enerji mənbələrindən danışılmışdır. Təlimin 2-ci günündə isə günəş , külək və geotermal enerji mənbələri haqqında məlumatlar verilmiş və Qarabağ ərazisində yaşıl enerjidən istifadənin səmərəliliyi mövzusu geniş müzakirə olunmuşdur. Təlimdə ADA,BANM, DİA, BDU, ADNSU, AzMİU, BMU, Xəzər və s. universitetlərdən tələbə və gənclər iştirak etmişdir.

Təlimin sonunda fəal iştirak edən tələbələrə sertifikat təqdim olunmuşdur.