MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2024-09-12 11:40:11 117

Neft və Qaz İnstitutunda doktoranturaya qəbul imtahanı keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 3-29/3-2-431F nömrəli 25.06.2024-ci il tarixli sərəncamına əsasən 10 sentyabr 2024-ci il tarixində Neft və Qaz İnstitutunda “Neft və qaz yataqların geologiyası, axtarışı ve kəşfiyyatı”- 2521.01 ixtisasından fəlsəfə doktoru üzrə doktoranturaya qəbul imtahanı keçirilib.

İmtahanın keçirilməsi üçün aşağıdakı tərkibdə komissiya qəbul edilib: sədr – icraçı direktor, g.-m.e.d., prof. Vaqif Qurbanov, üzvlər: elmi katib, y.e.f.d. Şəlalə Hüseynova, f.r.e.d. Ədalət Həsənov, g.m.e,n., dos. Sevinc Rzayeva və g.m.e.n. dos. Südabə Əliyeva.