MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2024-09-27 10:28:40 46

Neft və Qaz İnstitutunda 27 Sentyabr Anım Günü ilə bağlı tədbir keçirilib

Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Neft və Qaz İnstitutunun Həmkarlar Təşkilatının sədri Nuhbaba Şıxıyev söz açaraq, bu günün həm Vətən müharibəsinin başladığı gün, həm də Anım günü kimi qeyd olunduğunu vurğulayıb. 2020-ci ilin sentyabrın 27-dən ermənilərin ölkəmizə qarşı başladığı növbəti hərbi təcavüzündən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamasından, döyüşlər zamanı rəşadətli ordumuzun göstərdiyi qəhrəmanlıq və şücaətindən danışıb. Bildirib ki, 44 günlük müharibə müddətində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda təkcə əsgər və zabitlərimiz deyil, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə ilə bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endiriblər.

Həmçinin, institutun əməkdaşları Pünhan Səmədli, Fatimə Bayramova, Rahilə Əliyeva və Qəhrəman Qəhrəmanov çıxış edərək 27 Sentyabr Anım Günü haqqında öz fikirlərini söylədilər.

Tədbirində sonunda Gənc Alim və Mütəxəssislər Şurası sədri Pünhan Səmədlinin hazırladığı slayd təqdim olundu.