MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2024-10-07 09:08:36 58

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə beynəlxalq elmi konfrans keçirilib

Konfransın əsas mövzuları iqlim dəyişmələrinin elmi və praktik aspektlərinə həsr olunub. Konfransda iqlim fəaliyyəti sahəsində böyük irəliləyişlər əldə etmək üçün empirik məlumatların, süni intellekt və qabaqcıl analitik vasitələrin əhəmiyyəti, iqlim dəyişikliyinin transsərhəd su ehtiyatlarının idarə olunmasına təsiri, bu istiqamətdə yeni yanaşmalar və beynəlxalq əməkdaşlıq mexanizmləri, eləcə də beynəlxalq səviyyədə ortaq təşəbbüslərin sinerjisi, müvafiq zəruri qlobal və regional əməkdaşlıq imkanları müzakirə edilib.

Konfransın açılışında salamlama nitqi ilə çıxış edən BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, dünyanın müxtəlif ölkələrinin nüfuzlu alim, tədqiqatçı, siyasətçi və ekoloqlarının bir araya gəldiyi bu konfrans dövrümüzün ən aktual problemlərindən biri olan iqlim dəyişmələri ilə mübarizə istiqamətində səmərəli multidissiplinar platforma olacaq. Bir əsrdən çoxdur ki, Azərbaycanda elm və təhsilin flaqmanı olan BDU-da iqlim dəyişmələri və bu dəyişmələrdən doğan təhlükələrin gənc nəslə çatdırılması, bu problemin həlli yollarının işlənilib hazırlanması istiqamətində elmi əsaslara söykənən mühüm işlər görülüb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin COP29-un təşkil olunması üçün xüsusi Sərəncamı müxtəlif sahələr üzrə əlaqəli fəaliyyətlərin təşkil olunmasını özündə ehtiva edir və Azərbaycanın milli, beynəlxalq səviyyədə iqlim dəyişmələri və ekoloji problemlərin qlobal səviyyədə həllində dünya ölkələri ilə həmrəy olduğunu göstərir.

Konfransda Neft və Qaz İnstitutunun əməkdaşları icraçı direktoru, g.-m.e.d., prof. Vaqif Qurbanov, elmi katibi, y.e.f.d. Şəlalə Hüseynova, t.e.f.d. Bünyad Kazımov və g.-m.e.n. Qəhrəman Qəhrəmanov iştirak edib.