MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2024-10-17 12:30:03 38

Neft və Qaz İnstitutunda “Neft-qaz geologiyası, geofizikası, geokimyası və geoekologiya” elmi seksiyası keçirildi

Görüşdə seksiyanın sədri g.-m.e.d., prof. Vaqif Qurbanov, sədr müavini g.-m.e.d. Namaz Yusubov, elmi katib Ruhiyyə Əliyeva və üzvləri iştirak ediblər.

İclasda 2521.01 – “Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı” ixtisası üzrə doktoranturaya qəbul olunmuş doktorantların dissertasiya işinin mövzularının, elmi rəhbərlərinin və iş planlarının təsdiqinin müzakirəsi aparıldı.

Sahilə Nəsibovanın dissertassiya mövzusunun adı “Cənubi Xəzər hövzəsinin strukturunun və neftqazlılığının formalaşmasının və təkamülünün geodinamik mexanizmləri” (elmi rəhbər: g.m.e.d. prof. Vaqif Qurbanov), Cəvahir Rəcəblinin dissertassiya mövzusunun adı “Karbohidrogen yataqlarında hasilat quyularının ləğv edilməsinin əsaslandırılması” (elmi rəhbər: g.m.e.d. Namaz Yusubov) və Erol Nadirovun dissertassiya mövzusunun adı “Структурно-тектоническое развитие и углеводородные системы предгорий Большого Кавказа” (elmi rəhbər: g.m.e.d. Elçin Bağırov) adlanır.

Müzakirələrdən sonra qərara alındı ki, 3 doktorantın mövzuları redaktə olunsun və təsdiq üçün seksiyada yenidən müzakirə olunması təqdim edilsin.