AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-04-19 14:01:12 333

Qazaxıstanın Ş.Yesenov adına Kaspiy Dövlət Texnologiyalar və Mühəndislik Universitetinin doktorantları AMEA Neft və Qaz İnstitutunda təcrübə keçəcəklər

Qazaxıstanın Ş.Yesenov adına Kaspiy Dövlət Texnologiyalar və Mühəndislik Universitetinin doktorantları AMEA Neft və Qaz İnstitutunda təlim keçəcəklər.
Təlim çərçivəsində AMEA Neft və Qaz İnstitutunun mütəxəssisləri neft-qaz mühəndisliyi istiqaməti üzrə öz bilik və təcrübələri ilə universitetin doktorantları ilə bölüşəcəklər.
Universitetin doktorantlarına İnstitutun direktor müavini, g.-m.e.d., prof. Vaqif Qurbanov və AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev elmi məsləhətçi təyin edilmişdir. Pandemiya ilə əlaqədar olaraq təlim onlayn rejimdə həyata keçiriləcəkdir.
İlk onlayn görüşdə iştirak edən İnstitutun direktoru v.i.e. akademik Fəxrəddin Qədirov İnstitutun alimlərinin neft-qaz yataqlarının işlənməsi, istismarı və quyuların qazılması istiqamətində uzun illər ərzində topladıqları bilik və təcrübənin qazaxıstanlı həmkarların elmi fəaliyyəti və eləcədə Qazaxıstanın neft-qaz elminin inkişafı üçün faydalı ola biləcəyini qeyd etdi. O, həmçinin, Qazaxıstan Respublikası üçün elmi kadrların hazırlanmasında iştirak etdiklərindən məmnunluğunu bildirdi və həmişə əməkdaşlığa hazır olduqlarını vurğuladı. Sonda F.Qədirov təlim iştirakçılarına və təşkilatçılara effektiv əməkdaşlıq və konstruktiv dialoq arzu etdi.