AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-06-17 13:44:04 265

AMEA Neft və Qaz İnstitutunda magistrlik dissertasiyalarının müdafiəsi keçirildi

17 İyun 2021 ci il tarixində AMEA Neft və Qaz İnstitutunda “Geologiya”və “Neft-qaz mühəndisliyi” ixtisasları üzrə magistrlik dissertasiyalarının müdafiəsi keçirilmişdir.

İclasda ixtisaslaşdırılmış müdafiə şurasının sədri g.m.e.d., prof. Vaqif Qurbanov, sədr müavini g.m.e.d. Namaz Yusubov, elmi katib Arif Hüseynov və şuranın üzvləri iştirak etmişdir.

İclasda həmçinin AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin müdiri vəzifəsini icra edən f.e.f.d. Qafil Dəmirov iştirak etmişdir.

Magistrlik dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış şuranın iclasında Zülfüqar Ağa oğlu Ağayevin (rəhbər y.e.f.d. Şəlalə Hüseynova) “Şamaxı –Qobustan rayonunda çöküntütoplama prosesinin geokimyəvi şəraitinin tədqiqi (Pirəkeşkül kəsilişi timsalında)”, İsmayıl Həsən oğlu İsmayılovun (rəhbər g.m.e.d., prof. Vaqif Qurbanov) “Pirallahı strukturunun məhsuldar qat çöküntülərinin litologiyası və əmələgəlmə şəraiti”, Anar Zülfüqar oğlu Rəcəblinin (rəhbər AMEA müxbir üzvü Qərib Calalov) “Çatlı kollektorlu laylarda mayenin süzülməsi prosesində yaranan termodinamik amillərin işlənilmə göstəricilərinə təsirinin tədqiqi”, Murad Gülməhəmmədoviç oğlu Gülməhəmmədovun (rəhbər AMEA müxbir üzvü Qalib Əfəndiyev) “Qazma zamanı baş verən udulmaların proqnozlaşdırılması və onlarla mübarizə” mövzularında dissertasiya işləri təqdim olunmuşdur.

Magistrantlar dissertasiya işlərini təqdim etdikdən sonra hər bir dissertasiya mövzusu ilə bağlı müzakirələr aparıldı. Müzakirələrdə şura üzvləri çıxış edərək rəy və təkliflərini, eləcədə də tövsiyyələrini vermişdir.

Çıxışlar ətrafında müzakirələr aparıldıqdan sonra açıq səsvermə keçirilmiş və müvafiq meyarlara əsasən dissertasiya işləri qiymətləndirilmişdir. Magistrlik dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış şura qiymətləndirmənin nəticələri əsasında 4 magistrantın hər birinə magistrlik elmi-ixtisas dərəcəsinin verilməsi haqqında qərar qəbul etdi.