AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2020-05-30 17:52:16 365

“Neft və qaz yataqlarının işlənilməsi və istismarı” seksiyasının distant onlayn iclası keçirilib.

AMEA-nın Neft və Qaz İnstitutunun “Neft və qaz yataqlarının işlənilməsi və istismarı” seksiyasının distant onlayn iclası keçirilib.

İclasda “Deformasiya olunan layların neft veriminin artırılmasında üfüqi quyuların tətbiqi”, “Qazkondensat yataqlarının işlənilməsini təmin edən texnologiyalar” ixtisaslaşmaları üzrə institutda təhsil alan II kurs magistrantların yerinə yetirdikləri dissertasiya işlərinin ilkin müzakirəsi aparılıb.

Elmi seksiyada Nəbizadə Orxan Nahid oğlunun AMEA-nın müxbir üzvü Qərib Calalovun rəhbərliyi ilə “Deformasiya olunan layların neft veriminin artırılmasında üfüqi quyuların tətbiqi” və Məmmədov Elmin Valeh oğlunun t.e.n. Bünyad Kazımovun rəhbərliyi ilə “Qazkondensat yataqlarının işlənilməsini təmin edən texnologiyalar” mövzularında dissertasiya işləri təqdim olunub.