AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-07-22 11:21:50 248

CXH neft və qaz yataqlarının əmələ gəlməsinin tektono-geofiziki modeli

Son illər ərzində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft və Qaz və Geologiya və Geofizika institututlarının alimləri Cənubi Xəzər hövzəsində (CXH) geoloji şəraitin, neftqazlılığın və karbohidrogenlərin faza halının məkanda dəyişkənliyin təhlilinə həsr olunmuş kompleks geoloji-geofiziki və geokimyəvi tədqiqatlar aparmışdırlar. Müasir elmi metodların və yanaşmaların tətbiqi ilə aparılmış bu tədqiqatların nəticələri CXH-də axtarış-kəşfiyyat işlərinin istiqamətləndirilməsinə aid əsaslandırılmış təkliflər hazırlamağa imkan yaratmışdır.
Yer qabığının quruluşunun heterogenliyi (qeyribircinsliyi) (qlobal, regional və lokal) və onun çökmə kompleksində neft və qaz ehtiyatlarının məkanda qeyri-bərabər paylanmasının fundamental xüsusiyyətinin nəzərə alınmaqla təkliflərdən biri cari ildə akademik Əkpər Feyzullayev, akademik Fəxrəddin Qədirov və geol.-min. elm. namizədi Şahvələd Köçərli tərəfindən hazırlanmışdır.

CXH neft və qaz yataqlarının əmələ gəlməsinin tektono-geofıziki modelə əsaslanan bu təklifdə hövzənin dərin sulu hissəsində kəşfiyyat qazma üçün birinci növbəli obyektlər əsasslandırılmış və onlarda gözlənilən qaz ehtiyatları proqnozlaşdırılmışdır.

Təklif rəsmi olaraq (12.02.21 tarixli 02/22 saylı məktub) SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadəyə ünvanlanmışdır.