AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-09-23 12:04:46 211

AMEA Neft və Qaz İnstitutunda I kurs magistrantları ilə görüş keçirilib

Görüşün keçirilməsində məqsəd magistrantlarla tanışlıq, cari ilin tədris prosesində təhsilin təşkili və pandemiya şəraitinin tələblərinə uyğun təhsilin davamlılığının təmin edilməsi olub.

Görüşdə institutun elmi işlər üzrə direktor müavini, g.-m.e.d., prof. Vaqif Qurbanov, Neftli-qazlı hövzələrin analizi şöbəsinin müdiri, f.- r.e.d. Ədalət Həsənov, Təhsil şöbəsinin müdiri Arif Hüseynov, Gənc Alim və Mütəxəssislər şurasının sədri Pünhan Səmədli və AMEA Neft və Qaz İnstitutunun I kurs magistrantları iştirak ediblər.

Görüşü Vaqif Qurbanov açaraq tələbələri magistraturaya qəbula görə təbrik edib. O, institutda magistratura təhsilinin təşkili, əldə edilən uğurlar və akademiyanın rəhbərliyi tərəfindən magistrantlara göstərilən diqqət və qayğı haqqında danışıb. Bildirib ki, gənclərin akademiyaya, elmə marağı artır və ona görə də AMEA-nın magistraturasına qəbul olmaq istəyənlərin sayı ildən-ilə çoxalır. Həmçinin, doktoranturaya və dissertanturaya qəbul imtahanlarında AMEA-nın magistrlərinin əla nəticə göstərmələri barədə danışıb və bunun akademiyada tədris prosesinin yüksək səviyyədə aparıldığının bariz nümunəsi olduğunu bildirib.

Görüşdə Ədalət Həsənov magistrantları təbrik edib və onlara işlərində uğurlar arzu edib.

Sonra Təhsil şöbəsinin müdiri Arif Hüseynov tədris prosesinin gedişi haqqında məlumat verərək tələbələri cari tədris məsələləri və dərs cədvəli ilə bağlı bir sıra zəruri metodiki xarakterli məlumatlarla tanış edib.

Sonda magistrantların təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.