AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-12-14 10:14:52 175

AMEA Neft və Qaz İnstitunun əməkdaşının yeni kitabı işıq üzü gördü

AMEA Neft və Qaz İnstitunun “Neftli-qazlı hövzələrin analizi” şöbəsinin müdiri, f.- r.e.d. Ədalət Həsənovun “Геолого - геофизическая изученность и вопросы продуктивности осадочного комплекса Южно- Каспийской впадины” (“Cənubi Xəzər çökəkliyinin çöküntü kompleksinin geoloji-geofiziki tədqiqi və məhsuldarlığı məsələləri”) adlı kitabı işıq üzü gördü. Kitabda Cənubi Xəzər çökəkliyinin Azərbaycan sektorunda məhsuldar təbəqələrinə dair kifayət qədər həcmdə toplanmış faktiki məlumatlar, kollektor süxurlarının və örtüklərinin tərkibi, strukturu, petrofiziki xassələrin paylanması və geoloji mühitdə məhsuldar intervalların mövcudluğu haqqında məlumat verilmişdir.