AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-12-17 23:02:32 174

UFAZ-da “Earth Science Mixer” tədbiri baş tutub

17 dekabr 2021-ci il tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Yer Elmləri Departamenti tərəfindən təşkil olunmuş “Earth Science Mixer” tədbiri keçirilib.

Tədbirdə Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti, SOCAR, Baker Hughes, AMEA-nın Neft və Qaz, Geologiya və Geofizika İnstitutları, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ADNSU, eiLink, Total, JOCAP, Schlumberger, Azercosmos, Subsea7, Women in Science, BP, DATUM və s. kimi təşkilatların nümayəndələri iştirak edib.

Bu tanışlıq görüşü UFAZ-ın Yer Elmləri sahəsi üzrə fəaliyyət göstərən tərəfdaşlarına və mütəxəsisslərə universitet, tədqiqat institutları və şirkətlər arasında gələcək əməkdaşlığı stimullaşdırmaq məqsədi ilə baş tutub və mehriban atmosferdə bir araya gəlmək üçün imkan yaradıb.

Tədbirdə AMEA Neft və Qaz İnstitutunu elmi katib yer elmləri üzrə fəlsəfə doktoru Şəlalə Hüseynova təmsil edib. Qeyd edək ki, UFAZ tələbələri Neft və Qaz İnstitutunda təcrübə keçir və buraxılış layihələrini yerinə yetirirlər.