AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-03-05 12:17:25 125

AMEA Neft və Qaz İnstitutunda “Neft və qaz geologiyası, geofizikası, geokimyası və geoekologiyası” seksiyanın iclası keçirildi

İclasın gündəliyində iki məsələ baxılmışdır:
1. İnstitutda təhsil alan magistrların attestasiyası
2. Neft və qaz geologiyası, geofizikası, geokimyası və geoekologiyası” seksiyanın yeni tərkibinin təsdiqi

Seksiyanın sədri, prof. Vaqif Qurbanov magistrların attestasiyasına baxılması üçün Təhsil şöbəsinin müdiri Arif Hüseynova söz verdi. Təhsil şöbəsinin müdiri Arif Hüseynov magistrların payız semestrində fəaliyyəti barədə məlumat verdi. O, qeyd etdi ki, institutunun I kurs magistrantları Mirzoyeva Məryəm və Behbudova Nərmin payız sessiyasını uğurla başa çatdırmışlar. Mirzoyeva Məryəm ümumi orta göstəriciləri üzrə 96 bal və Behbudova Nərmin 92 bal toplamışdır.

Seksiyanın sədri, prof. Vaqif Qurbanov magistrların keyfiyyət göstəricilərini nəzərə alaraq onların attestasiyadan keçməsi məsələsini səsə qoydu. Seksiya üzvləri yekdilliklə magistrlar Mirzoyeva Məryəm və Behbudova Nərminin attestasiyadan keçməsi lehinə səs verdilər.

Gündəlikdə duran ikinci məsələyə baxıldı. Seksiyanın işində iştirak etməyən və az iştirak edən əməkdaşlar seksiya üzvlüyündən azad edildilər və yeni tərkib təsdiq olundu. Seksiyanın sədri, prof. Vaqif Qurbanov seksiya tərkibində dəyişikliklər edərək, Gülnarə Əlizadə seksiya katibliyinin azad olunması barədə ərizəsini nəzərə alaraq, Nurlana Quliyevanın seçilməsi təklif edildi və yekdilliklə qəbul olundu.