AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-03-14 15:44:18 131

AMEA Neft və Qaz İnstitutunun əməkdaşlarının məqaləsi beynəlxalq topluda çap edilib

AMEA Neft və Qaz İnstitutunun əməkdaşları AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev və Anatoliy Strekovun 11-ci Beynəlxalq Nəzəriyyə və Tətbiq Konfransı Yumşaq Hesablamalar, Sözlər və Qavramalarla Hesablamalar və Süni İntellekt konfransında “Analysis and Assessment of Accuracy of the Oil Recovery Factor Calculations by Using the Fuzzy Clustering Algorithm (Qeyri-səlis klasterləşdirmə alqoritmindən istifadə etməklə neftvermə əmsalı hesablamalarının təhlili və düzgünlüyünün qiymətləndirilməsi) adlı məqaləsi Springer nəşriyyatı tərəfindən çap edilib.

Məqalənin digər müəlifləri Qazaxıstan Respublikası Ş.Yesenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetinin alimləri Bağdad Kolibayev, Maral Karajanova və Ləzzət Jetokovadır.