AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-03-30 10:07:08 117

AMEA Neft və Qaz İnstitutunun əməkdaşı YAP Yasamal rayonunun “31 mart - Azərbaycanlıların soyqırımı günü”nə həsr edilmiş tədbirdə iştirak edib

AMEA Neft və Qaz Institutunun şöbə müdiri, Yeni Azərbaycan Partiyası Yasamal rayonu AMEA Neft və Qaz İnstitutu ərazi ilk partiya təşkilatının sədr müavini, texnika üzrə fəlsəfə doktoru Bünyad Kazımov Yasamal rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının 29 mart 2022-ci il tarixində birgə təşkil etdikləri “31 mart - Azərbaycanlıların soyqırımı günü”nə həsr edilmiş anım tədbirində iştirak etmişdir. Tədbirdə Bakı Dövlət Universitetinin Azərbaycan Tarixi kafedrasının müdiri tarix elmləri namizədi, dosent Azad Rzayev çıxış edərək, ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər barədə faktlara və tarixi sənədlərə əsaslanan məlumatları diqqətə çatdırıb. Tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin hazırladıqları bədii kompozisiyanın təqdimatı ilə yekunlaşıb.