AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-04-12 07:24:54 820

AMEA Neft və Qaz İnstitutunun "Neft və qaz yataqlarının işlənməsi və istismarı" elmi seksiyası keçirilmişdir

Iclasda “Laydaxili dinamiki proseslərin ədədi modelləşdirilməsi” şöbəsinin elmi işçisi Səmədova Gülşən Elxan qızının “Tükənmə rejimində istismar edilən qaz-kondensat yataqlarının işlənilmə prosesinin optimallaşdırılması” mövzusunda məruzəsi dinlənildi. Mövzunun geniş müzakirəsindən sonra məruzəçiyə mövzu üzrə aparılan tədqiqatların daha geniş şəkildə aparılması tövsiyyə olundu.

İclasın sonunda müxtəlif məsələlərə baxıldı.