AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-06-06 16:27:09 72

AMEA Neft və Qaz İnstitutunun əməkdaşı Qazaxıstanda ezamiyyətdə olub

AMEA Neft və Qaz İnstitutunun “Müasir qazmanın nəzəri və tətbiqi problemləri” şöbə müdiri, AMEA-nın müxbir üzvü, t.e.d., prof. Qalib Əfəndiyev 17-25 may tarixləri aralığında Qazaxıstanın Aktau şəhərində ezamiyyətdə olub.

T.e.d., prof. Qalib Əfəndiyevin “Optimum“ Layihə İnstitutunun direktoru, rəhbər işçiləri və Ş.Yesenov adına Kaspiy Dövlət Texnologiyalar və Mühəndislik Universitetinin rektoru, bakalavr, magistr və doktorant olan işçiləri ilə görüşü olub. Müxtəlif mövzular ətrafında söhbət olunub və fikir mübadiləsi aparılıb. Eyni zamanda t.e.d., prof. Qalib Əfəndiyev Ş.Yesenov adına Kaspiy Dövlət Texnologiyalar və Mühəndislik Universitetində təzə laboratoriya açılışı münasibəti ilə iştirak edib.