AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2023-03-09 09:53:23 596

Neft və Qaz İnstitutunda "8 Mart - Beynəlxalq Qadınlar Günü" nə həsr olunan tədbir keçirilib

7 mart 2023-cü il tarixində Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunda “8 Mart - Beynəlxalq Qadınlar Günü" nə həsr olunan tədbir keçirilib. Tədbiri giriş sözü ilə institutun icraçı direktoru, g-m.e.d, prof. Vaqif Qurbanov açıb. O, bu gün Azərbaycan qadınının cəmiyyətin aparıcı qüvvəsinə çevrildiyini, onların ictimai-siyasi həyatda fəal iştirakı və elmi həyatında misilsiz nailiyyətlərindən danışaraq institutun qadın kollektivini təbrik edib, onlara can sağlığı və uzun ömür arzulayıb.

Daha sonra, institutun Həmkarlar Təşkilatının sədri Nuhbaba Şıxıyev qadınları “8 Mart - Beynəlxalq Qadınlar Günü" münasibətilə təbrik edib və işlərində müvəffəqiyyətlər arzu edib.