AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2023-03-13 12:55:23 464

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun əməkdaşları seminarda iştirak ediblər

“Azərbaycanda Milli Enerji Məlumatlarının İdarə Edilməsi Sisteminin və Enerji Statistikasının Keyfiyyətinin Təmini” üzrə seminar keçirilib.

Tədbirdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Energetika Nazirliyi, Dövlət Statistika Komitəsi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Milli Hidrometeorologiya Xidməti, Milli Elmlər Akademiyası və SOCAR-ın nümayəndələri iştirak edib.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının və Ekologiya və Təbii Sərvətlər nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanda Milli Enerji Məlumatlarının İdarə Edilməsi Sisteminin və Enerji Statistikasının Keyfiyyətinin Təmini” üzrə seminar keçirilir.

Tədbirin əsas məqsədi iqlim dəyişmələri problemi ilə əlaqədar enerji statistikası məlumatlarının keyfiyyətinin təmini və enerji məlumatlarının idarə edilməsi üzrə müəyyən edilmiş əsas məsələlərin həlli istiqamətində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Beynəlxalq ekspertləri tərəfindən tövsiyələrin hazırlanmasından ibarətdir.

Tədbirdə Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun Neft-qaz sahəsinin geoekoloji problemləri şöbəsinin baş mütəxəssisi Məhərrəm Mehtiyev, I kurs magistrantları Aqşin Qaraşlı və Fərid Ələskərov iştirak edib.