AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2020-12-04 11:27:53 504

GEOLOQ VƏ GEOFİZİK TƏLƏBƏLƏR ÜÇÜN ONLAYN FORMATDA TƏŞKİL OLUNMUŞ ÜMUMRESPUBLİKA OLİMPİADASININ FİNAL MƏRHƏLƏSİ KEÇİRİLİB

AMEA Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə geologiya və geofizika üzrə təhsil alan tələbələr arasında keçirilən müsabiqə AMEA-nın 75 illiyinə həsr olunmuşdur. Müsabiqənin Elmi-Təşkilat Komitəsi (ETK) pandemiya ilə bağlı olaraq olimpiadanın onlayn formatında keçirilməsinə qərar vermişdir.

Akademik Əkpər Feyzullayevin rəhbərliyi altında ərsəyə gələn müsabiqəyə ümumi olaraq 5 təşkilatdan 13 bakalavr və 15 magistr müraciət etmişdi. İki mərhələdən ibarət olimpiadanın birinci mərhələsində iştirakçılara təqdim edilən istiqamətlər üzrə müəyyən meyarlara cavab verən esseni Azərbaycan, ingilis və ya rus dilində hazırlamaq tapşırılmışdı. Final mərhələsində, ETK üzvləri hazırlanan esselərlə bağlı hər bir finalçı ilə fərdi qaydada müsahibə aparmış, eyni zamanda onların bilikləri əyani qiymətləndirilmişdir. .

Təşkilat komitəsinin qərarı ilə olimpiadanın üç iştirakçısı - Dövlət Neft və Sənaye Universitetinin magistri Qalib Muradov, AMEA Neft və Qaz İnstitutunun magistrləri İsmayıl İsmayılov və Zülfüqar Ağayev 150 manat məbləğində həvəsləndirici mükafata tövsiyə olunmuşlar.