AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2020-12-10 12:39:51 424

AMEA Neft və Qaz İnstitutunun magistrantları İsmayıl İsmayılov və Zülfüqar Ağayevdən müsahibə götürülüb.

Belə ki, AMEA-nın Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə geoloq və geofizik tələbələr üçün onlayn formatda təşkil olunmuş ümumrespublika olimpiadasının final mərhələsi keçirilib.
Təşkilat komitəsinin qərarı ilə AMEA-nın Neft və Qaz İnstitutunun magistrantları İsmayıl İsmayılov və Zülfüqar Ağayev həvəsləndirici mükafata layiq görülüblər.

Zülfüqar Ağayevin müsahibəsi:

Mövzu adı
Ənənəvi və alternativ enerji resurslarını fərqləndirən xüsusiyyətlər nəyə əsaslanır? Bərpa olunan enerji resurslarının növləri və əhəmiyyəti?

Mövzu hansı bölümləri əhatə edirdi?
Resurslar, alternativ enerji /bərpa olunan enerji, ənənəvi enerji və nəticə və təklif

Mövzuda əsasən hansı məqamlara toxunmusan?
Mövzuda əsasən bu enerji mənbələrinin Azərbaycan üzrə faydalılığının və zərərliyinin aydınlaşdırmışam. Bundan əlavə bu enerji növlərinin müsbət və mənfi tərəflərini qeyd etmişəm. Nəticə olaraq, bugünümüzdə və gələcəyimizdə bir çox enerji mənbələrindən (əsasən, alternativ enerji) istifadə edərək ətraf mühitin qorunmasına nail ola bilərik, nəinki ənənəvi enerji mənbələrindən.
Belə olimpiadaların təşkili Sizi qane edir?

Hansı akademiklər sual ünvanladılar?
1.Feyzullayev Əkbər - G-m.e.d., akademik
2.Hüseynov Dadaş - G-m.e.d., AMEA-nin müxbir üzvü
3.Məmmədov Vaqif - c.e.d.

Akademiklərin ünvanladığı suallar hansılar idi və cavabları?
Alternativ enerji mənbələrindən biri də nüvə enerjisidir.Nüvə enerjisini bu inşaya yer verməmisən? - Esse istiqamətim əsasən Azərbaycan üzrə yer verdiyimdən bu enerjini daxil etməmişəm. (Feyzullayev Əkbər - G-m.e.d., akademik)

İsmayıl İsmayılovun müsahibəsi:

Mövzu adı
Neftin mənşəyinə dair mövcud nəzəriyyələr hansılardır? Müasir dövrdə karbohidrogen yataqlarının axtarışı başlıca olaraq hansı nəzəriyyəyə əsaslanır?

Mövzu hansı bölümləri əhatə edirdi?
Giriş, biogen nəzəriyyələr, abiogen nəzəriyyələr, dərinlik-biogen nəzəriyyələr, nəticə

Mövzuda əsasən hansı məqamlara toxunmusan?
Nəzəriyyələrdəki fikirlər və onların müqayisəsi.

Hansı akademiklər sual ünvanladılar?
1. Sədr: Feyzullayev Əkbər - G-m.e.d.,
2. akademik Hüseynov Dadaş - G-m.e.d.,
3. AMEA-nin müxbir üzvü Lətifova Yeganə - G-m.e.n.,
4. dosent Babayev Qulam - Y.e.d., dosent

Akademiklərin ünvanladığı suallar hansılar idi və cavabları?
1) Hansı nəzəriyyə doğruya yaxındı?
Əvvəla mən bir magistr tələbəsi olaraq görkəmli akademik və professorların fikirlərini müzakirə etməyim, doğruluğu, yanlışlığı haqqında fikir yürütməyim düzgün olmaz. Amma aparılan tədqiqat nəticələri biogen nəzəriyyənin rolunu qeyd etməyimə əsas verir və təsadüfi deyilki əksər tədqiqatçılar hal-hazırda bu nəzəriyyənin dəstəkçiləridir. Amma buna baxmayaraq abiogen nəzəriyyənin rolunu heç saymaq olmaz. Çünki əksiklərin vəhdəti inkişafdır, nə qədər mübarizə olarsa, o qədər də inkişaf olar. Bu halda abiogen nəzəriyyələrin və biogen nəzəriyyələrin birlikdə mövcudluğunu inkişafın başlıca hərəkətverici qüvvəsi kimi qəbul etmək lazımdır.
2) Hansı nəzəriyyə harada daha çox istifadə olunur?
Ümumi olaraq abiogen nəzəriyyə ilk vaxtlarda Rusiyada geniş yayılmışdır. Ama sonralar Tomas Gold tərəfindən bu fikirlər qərbə daşındı.
3) Azərbaycan alimlərinin bu nəzəriyyə haqqında hansı fikirləri var?
Başda Şəfaət Mehtiyev olmaqla, akademik Əkbər Feyzullayevin, akademik Pərviz Məmmədovun və daha bir çox təqdiqatçıların neft əmələgəlməsi haqqında fikirlərinin olduğunu söylədim. Verilən suallar vəya verilən cavabların kontentində müəyyən fərqlər olmuş ola bilər. Müsabiqədən 15 gün keçdiyini nəzərə almanız arzuolunandır.