AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NEFT VƏ QAZ İNSTİTUTU

Elanlar

2021-10-04 10:00:55 71

“Elmdə Zəfər mükafatı-2021” nominasiya müsabiqəsi elan edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və ICESCO Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün 8 noyabr - Zəfər Günü və 10 noyabr - Dünya Elm Günü ilə əlaqədar “Elmdə Zəfər mükafatı” nominasiyasını təsis ediblər. Mükafat ən yaxşı elmi işə görə ildə bir dəfə veriləcək.

Elmin İnkişafı Fondundan bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd beynəlxalq və respublika səviyyəsində elmin rolunu yüksəltmək, eləcə də əldə edilmiş elmi nailiyyətlərimizi dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, beynəlxalq səviyyədə əməkdaşlıq və təcrübə mübadiləsinin aparılmasını təmin etməklə elmi inkişafa nail olmaq, elmin nəticələrinin cəmiyyətin dinc və sabit inkişafına təsirini artırmaqdır.

Elmin İnkişafı Fondu, AMEA və ICESCO tərəfindən qaliblərə müxtəlif nominasiyalar üzrə diplomlar, sertifikatlar və pul mükafatları, IETI (Beynəlxalq Mühəndislik və Texnologiya İnstitutu) tərəfindən xüsusi sertifikatlar, müsabiqənin sponsoru “Sinam” MMC şirkəti tərəfindən isə onlara hədiyyələr təqdim ediləcək.

“Elmdə Zəfər mükafatı - 2021” müsabiqəsi üzrə nəticələrin 2021-ci ilin noyabr ayında açıqlanması və qaliblərin xüsusi təqdimat mərasimində mükafatlandırılması nəzərdə tutulur.

Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlər və digər müşayiətedici materiallar oktyabrın 4-dən 11-i saat 17:00-dək qəbul olunur.

“Elmdə Zəfər mükafatı-2021” müsabiqəsinin keçirilmə prinsipləri, müsabiqədə iştirak etmək üçün tələb olunan formalar, müvafiq sənədlər və digər müşayiətedici materialların verilməsi qaydaları, seminarın tarixi ilə Elmin İnkişafı Fondunun internet səhifəsində (http://sdf.gov.az) tanış olmaq mümkündür.

https://science.gov.az/az/news/open/18266