AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NEFT VƏ QAZ İNSTİTUTU

Elanlar

2021-11-24 13:25:47 38

UNEC İqtisadi Forumu keçiriləcək

1-3 dekabr 2021-ci il tarixlərində UNEC İqtisadi Forumu keçiriləcək. Gülüstan sarayında baş tutacaq və əsas şüarı “Zəfər Yolu” olacaq Forumda Nobel mükafatçılarının və Azərbaycanın dövlət rəsmilərinin, eləcə də xarici ölkələrin nüfuzlu elm xadimlərinin iştirakı ilə müasir dünyanın iqtisadi problemləri müzakirə ediləcək, Azərbaycanın gənc alimləri və Beynəlxalq Elm Olimpiadalarının qalibi olan şagirdləri ilə görüşlər, yeni kitabların təqdimatları, sərgilər kimi bir sıra tədbirlər təşkil ediləcəkdir.

Böyük məmnuniyyətlə, Sizi bu mötəbər elm tədbirində iştirak etməyə dəvət edir və rəhbərlik etdiyiniz kollektivin Forumda (5 panel və 3 görüşün hər biri üçün 2 nəfər olmaqla) iştirak edəcək əməkdaşları barədə məlumatların 23 noyabr 2021-ci il tarixinədək forum@unec.edu.az elektron poçt ünvanına göndərilməsi barədə göstəriş verməyinizi xahiş edirik. (blank əlavə olunur)

Forumun linkdə təqdim olunur.

Hörmətlə,

Forumun Təşkilat Komitəsi

https://docs.google.com/document/d/1J_lQXs8jf2pBRBMrwvp5rlfHYkPlynVv/edit?usp=sharing&ouid=110422001311479898674&rtpof=true&sd=true