AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NEFT VƏ QAZ İNSTİTUTU

Elanlar

2021-12-07 10:13:01 306

JICA “Dayanıqlı inkişaf məqsədləri (DİM) üzrə Qlobal Lider YMİ 2022-2023" adlı Biliklərin Birgə Yaradılması Təlim Proqramını (uzunmüddətli) Azərbaycan üçün təşkil etməyə planlaşdırır

Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA) “Dayanıqlı inkişaf məqsədləri (DİM) üzrə Qlobal Lider YMİ 2022-2023" adlı Biliklərin Birgə Yaradılması Təlim Proqramını (uzunmüddətli) Azərbaycan üçün təşkil etməyə planlaşdırır.

DİM üzrə Qlobal Lider, JICA-nın İnkişaf Araşdırmaları Proqramı (JICA-DSP) çərçivəsində dünyada davamlı inkişaf üçün əməkdaşlığın təşviqi məqsədilə 2019-cu ildə qurulmuşdur. Bu yeni uzunmüddətli təlim proqramı, gənclərin/orta liderlərin, akademiklərin, Yaponya universitetlərində daha yüksək dərəcə (magistr, doktorantura və s.) almaq üçün müxtəlif sahələrdə təhsil almasına, siyasət qurma proseslərinə təsir göstərilməsinə və ya ölkənin yaxın gələcəkdə sosial-iqtisadi inkişafına töhfə verilməsinə bir fürsət verir. Proqram vasitəsilə magistr proqramı üçün 2 il və doktorluq dərəcəsi üçün 3 il təklif edilir (universitetlərin təklif etdiyi hər proqramdan asılıdır). Müraciət edənlər 40 yaşa qədər olmalıdırlar. Ərizə forması və Universitetlərin siyahısı əlavə olunur.

Müraciət üçün son tarix 09.12.2021-ci il

Namizəd olduğu təqdirdə AMEA Rəyasət Heyəti Aparatının Beynəlxalq elmi əməkdaşlıq idarəsinə müraciət olunması xahiş olunur.