AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NEFT VƏ QAZ İNSTİTUTU

Elanlar

2021-12-09 11:03:11 280

UFAZ-da elmi seminarlar təşkil edilir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində yerləşən Azərbaycan-Fransız Universiteti yeni qurulmuş tədqiqat departmanetinin çərçivəsində elmin təbliği və müxtəlif sahələrdə araşdırmaların gücləndirilməsi məqsədi ilə həftəlik elmi seminarlar təşkil edir. Bu tip mühazirələr seminar iştirakçılarının müxtəlif mövzularda fikir mübadiləsi aparmalarına və tədqiqatçılar arasında mümkün əməkdaşlıq imkanlarınının artırılmasına şərait yaradır.

Növbəti mühazirə dekabrın 15-i tarixində saat 16:30-da Rennes 1 Universitetinin Geologiya və Geokimya üzrə professoru Dr. Philippe Boulvais tərəfindən “Chemical symphony: the example of Uranium for the evolution of Earth reservoirs” mövzusunda ingilis dilində baş tutacaq.

Xahiş edirik, rəhbəri olduğunuz təhsil müəssisəsində magistr və doktorantura pilləsində təhsil alan tələbələri seminarda iştirak etməyə dəvət edəsiniz.

UFAZ elmi seminarlarına giriş sərbəstdir. Girişdə peyvənd pasportu və ya Covid-19 əleyhinə immun sertifikatı tələb olunur.

Daha ətraflı məlumat almaq və qeydiyyat üçün: events@ufaz.az ilə əlaqə saxlaya bilərsiniz.

Ünvan: Nizami küçəsi 183