
×
2022-02-21 08:56:34 756
Koreya Respublikası "Qlobal Koreya" təqaüd proqramı elan edir
Koreya Respublikası tərəfindən 2022-2023-cü tədris ili üzrə “Qlobal Koreya” təqaüd proqramı elan edilib.
Magistratura, doktorantura, eyni zamanda tədqiqat üzrə elan olunan proqram müxtəlif ixtisas istiqamətlərini əhatə edir.
Proqramda iştirak etmək istəyən Azərbaycan Respublikası vətəndaşları 4 mart 2022-ci il tarixədək tələb olunan sənədləri Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim etməlidirlər. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIar:
https://edu.gov.az/az/news-and-updates/17764-1