
×
2022-02-23 11:11:44 541
Fransız-Azərbaycan Universiteti 2022/2023-cü tədris ili üçün magistraturaya qeydiyyat elan edir
UFAZ magistratura pilləsi üçün aşağıdakı ixtisaslar üzrə tam təqaüdlər təklif edir:
İnformasiya elmləri və süni intellekt
Fiziki kimya və kimya mühəndisliyi
Yer elmləri
Onlayn qeydiyyat üçün son tarix: 31 mart 2022-ci ildir. Qəbul imtahanı aprelin 6-da UFAZ-ın əsas binasında keçiriləcək.
Nəticələrin elanı : 13 aprel 2022-ci il
https://admission.ufaz.az/en/ saytında qeydiyyatdan keçin.
UFAZ-a qəbul imtahanı ingilis dilində keçiriləcək.
https://www.ufaz.az/en/news/registration-to-ufaz-masters-programs-admission-kicked-off/