AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NEFT VƏ QAZ İNSTİTUTU

Elanlar

2022-04-05 14:42:04 135

AMEA-da VII institutlararası futbol çempionatı keçiriləcək

AMEA-nın Azad Həmkarlar İttifaqının və Akademiyanın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə AMEA-nın gənc alim və mütəxəssislərinin VII institutlararası futbol çempionatı keçiriləcək.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illik yubileyinə həsr olunan ənənəvi çempionatda iştirak etmək istəyən komandalar 10 aprel 2019-cu il tarixinədək iştirakları ilə bağlı ərizələri AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasına təqdim etməlidir. Turnirdə iştirakla bağlı tələblər aşağıdakılardır:

Müəssisənin rəhbərliyi tərəfindən imza və möhürlə təsdiqlənən iştirakçı ərizəsində hər komandanın heyətində maksimum 12 nəfər olmalıdır;

Komandanı təmsil edən hər bir oyunçu haqqında şəxsi məlumatlar (ad, atasının adı, soyadı, işlədiyi şöbə, vəzifəsi, 3x4 ölçüdə şəkil), şəxsiyyəti təsdiq edən sənədin surəti, eləcə də əmək kitabçasından çıxarış (rəhbərlik tərəfindən möhürlə təsdiqlənmiş) sənədlərə əlavə olunur;

Komandaların heyətində AMEA-nın müvafiq müəssisəsində yalnız ştatda və yaxud yarımştatda çalışan əməkdaşlar iştirak edə bilər;

Müəssisə üzrə komandanın təşkili məsələsinə müvafiq təşkilatın Gənc Alim və Mütəxəssislər Şurasının sədri cavabdehlik və məsuliyyət daşıyır.

Yuxarıda qeyd olunan tələbləri ödəməyən komandaların ərizələri qəbul olunmayacaq.

Ünvan: AZ1073, Bakı ş., H.Cavid pr., 115 (AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası, 3-cü mərtəbə, otaq 324)