×
2022-06-24 08:37:34 840
HOTMUD beynəlxalq yay məktəbi təşkil edir
HOTMUD layihəsi “Palçıq vulkanizmi və neft sistemləri” mövzusunda beynəlxalq yay məktəbi təşkil edir. Yay məktəbi 28 avqust- 2 sentyabr 2022 tarixləri arasında Bakıda keçiriləcəkdir.
Yay məktəbində layihələr üçün məlumat toplamaq və palçıq vulkanizmi, mayelərin miqrasiyası, sahə texnikası və neft sistemlərinin aspektlərini kəşf etməkdə maraqlı olan magistr və PhD tələbələri və ya mütəxəssisləri qoşula bilər.
Qoşulmaq üçün CV və motivasiya məktubunuzu 15 iyul tarixinə qədər adriano.mazzini@geo.uio.no ünvanına göndərin.
Qeydiyyat və daha çox məlumat üçün:
https://sites.google.com/view/azerbaijanfieldworkshop
Bu layihə Norveçin Tədqiqat Şurası tərəfindən maliyyələşdirilir