AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Elanlar

2022-07-08 15:13:23 241

“İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələr Qrant Müsabiqəsinə start verir

Azərbaycan Respublikasının Gənclər Fondu gənclər tərəfindən çoxdan gözlənilən “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələr Qrant Müsabiqəsinə start verir. Cari il üçün nəzərdə tutulan Müsabiqə çərçivəsində gənclər üçün yeni layihə istiqamətləri və yeni qiymətləndirmə mexanizmi tətbiq olunacaq.
Gənclər Fondu 7 iyul 2022-ci il tarixindən etibarən Azərbaycan Respublikasının vətəndaşı olan 18-29 yaşlı gəncləri Müsabiqədə iştirak etmək üçün fərdi layihə təkliflərini təqdim etməyə dəvət edir. Layihə müraciətləri Gənclər Fondunun E-Xidmətlər Sistemi (www.youthfoundation.az) və ya GencAPP mobil tətbiqi vasitəsilə müsabiqəyə təqdim edilə bilər.

Müsabiqənin məqsədi gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının, yaradıcı təşəbbüslərinin, asudə vaxtlarının səmərəli təşkilinin reallaşdırılmasına yönəlmiş layihələri dəstəkləmək, habelə dövlət gənclər siyasətinin icrası prosesində yaxından iştirak etmək istəyən ictimai fəal gənclərin layihə təkliflərini qrant şəklində məqsədli maliyyələşdirib, onlar üçün geniş və faydalı fəaliyyət sahəsi yaratmaqdır.

Layihələrin istiqamətləri və müraciət meyarları:

“Vətənimİz” Qrantı
Gənclər tərəfindən vətənpərvərlik təşəbbüsləri:

Vətənpərvərliyin təşviqi təşəbbüsləri
Vətən Müharibəsində Zəfərin qeyd olunması
Azərbaycan tarixinin, adətlərinin, milli-mənəvi dəyərlərin təbliği

“İnnovativ Gənclik” Qrantı
Gənclər tərəfindən yeni innovasiya və texnologiyaların tətbiqinə yönələn təşəbbüslər:

Dördüncü Sənaye İnqilabı təşəbbüsləri
“Böyük Qayıdış” innovasiyaları
Nou-hau, ixtiraçılıq və robototexnika
Tətbiqlərin və e-xidmətlərin yaradılması
Gənclər üçün sosial biznes modelləri
“Gəncdən Gəncə” Qrantı
Gənclər tərəfindən həmyaşıdları üçün qeyri-formal təhsil imkanlarını təqdim edən təşəbbüslər:

Təlim və tədris proqramları
Maliyyə savadlılığının artırılması
Kompüter savadlılığının artırılması
Şəhər mobilliyi və yol hərəkəti qaydaları haqqında maarifləndirmə
Sağlam həyat tərzi və velosipedlərdən istifadənin təşviqi

“Gənc İstedad” Qrantı
Gənc istedadların müxtəlif istiqamətlərdə yaradıcılığına dəstək:

Memarlıq, dizayn, urbanistika
Ədəbiyyat, bədii qiraət və tarix
Teatr və kino
Musiqi və xoreoqrafiya
Təsviri incəsənət
“Gənclər Məkanı” Qrantı
Gənclərin liderliyi ilə müxtəlif mövzular üzrə gənclər klublarının fəaliyyətinin təşkili təşəbbüsləri:

Ekologiya
Sahibkarlıq
Oxu və mütaliə
İntellektual oyunlar
Natiqlik və debat
Skautinq və kempinq
Digər
“Gənc Lider” Qrantı
Gənclərin təşəbbüs qruplarının təşəbbüsləri:

İcma inkişafı
Araşdırma və tədqiqat
Klub fəaliyyətləri

“Azərbaycan Könüllüsü” Qrantı
Gənclərin ictimai faydalı könüllü fəaliyyət təşəbbüsləri:

Sosial və inklüziv könüllülük
Ekoloji könüllülük
Mədəni könüllülük
Vətənpərvər könüllülük
Virtual könüllülük
Qan donorluğu

“Tələbə Təşəbbüsü” Qrantı
Tələbə Gənclər Təşkilatlarının təşəbbüsləri:

Tələbə özünüidarəetməsinin inkişafı

Tələbə klublarının inkişafı


Layihələrin müddəti:
Müsabiqəyə təqdim olunmuş layihə təkliflərinin icra müddətinin 3 ay müəyyən olunması tövsiyə olunur. Layihənin icrasının ən tez başlanma tarixi 1 sentyabr 2022-ci il nəzərdə tutulmalıdır. Layihənin icrasının yekunlaşma tarixi olaraq ən geci 15 dekabr 2022-ci il olaraq nəzərdə tutulması tövsiyə olunur.
Layihələrin məbləği:

Gənclər Fondu tərəfindən hər bir fərdi layihə çərçivəsində ayrılan qrant məbləği 5 000 (beş min) manatdan çox olmamalıdır.

Müsabiqənin müddəti:

Layihə təklifləri 7 iyul 2022-ci il tarixindən başlayaraq təqdim edilə bilər. Layihə təklifləri üçün son tarix 27 iyul 2022-ci il, saat 18:00.

https://youthfoundation.az/132243/