Open Doors Beynəlxalq Olimpiadası ( 2022-2023 )
“Qlobal Universitetlər” Birliyinin 2022-2023-cü tədris ilində magistratura və aspiranturaya qəbul olmaq istəyən abituriyentlər üçün Open Doors Beynəlxalq Olimpiadasına (Russian Scholarship project) beşinci dəfə start verilir. Qeydiyyat, yəni olimpiadanın saytında şəxsi kabinet yaratmaq və iştirakçı olmaq imkanı sentyabrın 15-də açılacaq. Olimpiadanın təqvimi ötən ilin cədvəli ilə tamamilə üst-üstə düşür. Birinci mərhələ (profillin doldurulması və qiymətləndirilməsi) dekabrın 10-da başa çatacaq. İkinci mərhələ (iştirakçının seçdiyi profillər üzrə onlayn imtahanlar) 2023-cü il yanvarın 10-dan 19-dək davam edəcək. Magistratura üzrə qaliblər 10 fevral 2023-cü il tarixində elan ediləcək. PhD iştirakçıları üçün, həmçinin üçüncü mərhələ (internet saytında mövcud olan siyahıdan seçilmiş potensial rəhbərlərlə onlayn müsahibələr) nəzərdə tutulub və bu mərhələ fevralın 11-dən etibarən 9 mart 2023-cü ilə qədər davam edəcək. PhD proqramları üzrə qaliblər 14 mart 2023-cü ildə elan ediləcək.
Həmçinin, profilləri doldurmazdan əvvəl ilkin sınaqdan keçməli olacaqsınız. Bu və ya digər dəyişikliklərin təfərrüatları olimpiadanın müvafiq mərhələlərində dərc olunacaq.
Olimpiada da 14 sahə üzrə magistratura və aspiranturada iştirak etmək mümkün olacaq:
Biologiya və Biotexnologiya
Biznes və İdarəetmə
Politologiya
Kompüter elmləri
Koqnitiv Neyrologiya və Psixologiya
Riyaziyyat və Süni intellekt
Fizika elmləri
Mühəndislik və Texnologiya
İqtisadiyyat və Ekonometriya
Dilçilik və Ədəbiyyatşünaslıq
Klinik Tibb və Səhiyyə
Kimya
Yer elmləri
Təhsil
Olimpiada Rusiya Təhsil və Elm Nazirliyi və "Rossotrudniçestvo" nun dəstəyilə keçirilir. Layihənin təşkilatçısı "Qlobal Universitetlər" Birliyidir.