AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Elanlar

2024-04-07 06:50:36 186

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutu 2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul elan edir

Fəlsəfə doktoru hazırlığı üzrə:
2508.01 - “Geokologiya” ixtisası üzrə - 1 yer; (əyani) (ödənişsiz)
2521.01-“Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı” ixtisası üzrə – 1 yer; (qiyabi) (ödənişsiz)
2525.01-“Neft və qaz yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə – 1 yer; (qiyabi) (ödənişsiz)

Elmlər doktoru hazırlığı üzrə:
2525.01-“Neft və qaz yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə – 1 yer; (ödənişsiz)

Doktoranturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcəkdir. Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olunmalıdır.

Portal.edu.az vasitəsilə müraciətlərin göndərilməsi cari il 16 aprel tarixindən başlayacaq və 15 may sənəd qəbulu üçün son tarixdir.