Əsas fəaliyyət istiqamətləri |
Geokimyəvi və ekoloji problemlərin həll edilməsi üçün fundamental və tətbiqi tədqiqatların aparılması;
Keyfiyyətə nəzarət və maddələrin geniş təhlilinin həyata keçirilməsi;
Texniki personalın harırlanması üçün elmi-texniki dəstəyin göstərilməsi və elmi-texniki məsləhətin təmin edilməsi;
Milli və beynəlxalq təhsil və tədqiqat layihələrində, proqramlarında, treninqlərdə iştiraki.
Şöbə İSO 9001 beynəlxalq keyfiyyət sertifikati olan “Perkin Elmer” şirkətinin avadanlığı ilə təchiz olunmuşdur.
Tədqiqatlar aşağıdakı istiqamətlərdə aparılır: GC/MS, ICP/MS, DLC, IR/UV/VIS spectrometry, STA.
|
Əsas elmi nəticələri |
Fluidlərin geokimyəvi kriteriyaların öyrənilməsi nəticələri əsas götürülərək şöbə işçiləri tərəfindən karbohidrogenlərin faza vəziyyəti müəyyən edilir, naftidlərin mikroelement tərkibi öyrənilir.Şöbədə eyni vaxta neftlərin tərkibi və C3-C40 fraksıyaların tərkibi, alkanların, cıkloalkanların və izoprenoıdlərin miqdarı təyin edilir. Müxtəlif yaşlı neftlərdə n-alkanların miqdarı paylanması nəticəsində fluidlər geokimyəvi tiplərə ayrılır.
Neftlərin və bitumoidlərin biomarker analizi aparılır,çünki biomarkerlər -finqerprint olaraq müəyyən təbii neftin individual xarakteristikasını göstərir.
Şöbədə üzvi maddələrin karbohidrogen tərkibin geokimyəvi tədqiqi nəticəsində Abşeron arxipelaqı neft yataqların qabaqcadan neftqazlılıgını müəyyən edilməsi üçün mühüm nəticələr alınmışdır.
|