AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NEFT VƏ QAZ İNSTİTUTU

Təhsil şöbəsi

Tel.

(+994 12) 493 67 51

Faks (+994 12) 493 67 89  
Elektron poçtu education.ogi@gmail.com
Struktur bölmənin rəhbəri

Hüseynov Arif Rəfail oğlu

İşçilərin ümumi sayı 1
Əsas fəaliyyət istiqamətləri 

AMEA-nın Neft və Qaz İnstitutunda Təhsil Şöbəsi fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması, doktorant və dissertantların magistrlərin elmi fəaliyyətinin təşkil olunması məqsədi ilə yaradılmışdır.
Təhsil Şöbəsi doktorant və dissertantların sənədlərinin qəbulunu, referatların yazılmasını, fərdi iş planlarının hazırlanmasını, ixtisas fənni üzrə qəbul imtahanlarının keçirilməsini təşkil edir.
Təhsil Şöbəsi doktorant və dissertantların attestasiyasını və doktorluq imtahanlarının keçirilməsini təşkil edir.
Təhsil Şöbəsi magistratura təhsilini həyata keçirir, magistrlərin tədris planında nəzərdə tutulan fənnlər üzrə məşğələlərdə iştirakını təşkil edir, magistr dissertasiyalarının hazırlanmasını və müdafiə olunmasını təmin edir.
Təhsil Şöbəsi doktorant və dissertantların fəaliyyətini Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Elm və Təhsil Şöbəsi ilə əlaqələndirir və lazımi sənədlərin təqdim olunmasını təmin edir.
Təhsil Şöbəsi nüfuzlu elmi jurnal və məcmuələrdə doktorantların elmi tədqiqatlarının nəticələrinin çap olunmasına dəstək göstərir.
Təhsil Şöbəsi magistrlərin, doktorant və dissertantların, gənc alimlərin institut, respublika və beynəlxalq səviyyəli proqram və layihələrdə iştirakının təmin olunmasına dəstək göstərir və tövsiyələr verir.