
2022-02-07 12:47:19 569
UFAZ Hackathon 2022 – Qeydiyyat başladı!
Azərbaycan-Fransız Universiteti tələbələri 5-6 mart 2022-ci il tarixində baş tutacaq UFAZ Hakatonuna dəvət edir.
Hakaton kənd təsərrüfatı, texnologiya, ətraf mühit, maliyyə, səhiyyə və su təsərrüfatı sahələrinə aid mövzulara həsr olunacaq.
2 gün ərzində 3 nəfərdən ibarət komanda şəklində tələbələr verilən mövzulara uyğun proqramlaşdırma tapşırıqlarını icra edəcək.
Qaliblər 1-ci yer 3500 AZN, 2-ci yer 2500 AZN və 3-cü yer 1500 AZN dəyərində pul mükafatı və bundan əlavə sponsorların xüsusi mükafatlarını qazanacaq.
Ümumi qaydalar, qiymətləndirmə meyarları və qeydiyyat üçün https://hackathon.ufaz.az portalından məlumat əldə edə bilərsiniz.