
Gənc Tədqiqatçı və Doktorantların (disssertantların) Elmi Konfransı keçiriləcəkdir
Doktorant, dissertant və gənc tədqiqatçıların nəzərinə:
28-29 aprel 2022-ci il tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Gənc Tədqiqatçı və Doktorantların (disssertantların) Elmi Konfransı keçiriləcəkdir. Konfrans aşağıdakı bölmələri əhatə edəcək:
Geologiya və geofizika bölməsi;
Neft-qaz yataqlarının mənimsənilməsi bölməsi;
Kimya, kimya-texnologiya bölməsi;
Mexanika və maşınqayırma bölməsi;
Energetika və enerji resursları bölməsi;
Ekologiya və təhlükəsizlik bölməsi;
Avtomatika və informatika bölməsi;
İqtisadiyyat və idarəetmə bölməsi;
Maraqlananlar tezislərini 05.04.2022-ci il saat 17:00-a qədər aşağıdakı ünvana göndərə bilərlər.
Əlaqə üçün məlumat: 012-493-46-24
Elektron poçt: conferenceazii@gmail.com