
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların VI Beynəlxalq Elmi Konfransı keçiriləcək
29-30 Aprel 2022 tarixlərində online formada keçiriləcək “Gənc Tədqiqatçıların VI Beynəlxalq Elmi Konfransı”-nın məqsədi dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri digərləri ilə paylaşmaq, qarşılaşdıqları problemləri təhlil etmək, ortaq problemlərin müzakirə olunması və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etmək və gənclərin elmə olan marağını artırmaqdır.
Konfransın elmi istiqamətləri. “Gənc Tədqiqatçıların VI Beynəlxalq Elmi Konfransı”-nın əsas elmi istiqamətləri aşağıdakılardır:
Mühəndislik elmləri
Xarici ticarət və Gömrük xidməti
Memarlıq və inşaat elmləri
Təbiət elmləri
İqtisadiyyat elmləri
Filologiya elmləri
Pedaqogika
Hüquq, Tarix və Sosyologiya
Məkan: Bakı Mühəndislik Universiteti, Xırdalan/Azərbaycan
Dövlət Gömrük Komitəsinin Akademiyası, Sabunçu/Azərbaycan
Tarix: 29-30 Aprel 2022
Forma: Əyani və online video konfrans
Son müraciət: 17 Aprel 2022 (17.00)