MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Elanlar

2023-11-04 11:27:39 852

“Neft-Qaz problemləri və perspektivləri” mövzusunda Gənc Alim və Mütəxəssislərin Respublika Elmi-praktiki Konfransı keçiriləcəkdir

5-6 dekabr 2023-cü il tarixində AR Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutu və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümumilli lideri HEYDƏR ƏLİYEVİN anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Neft-Qaz problemləri və perspektivləri” mövzusunda Gənc Alim və Mütəxəssislərin Respublika Elmi-praktiki Konfransı keçiriləcəkdir.

Elmi istiqamətlər
• Neft və qaz geologiyası və geokimyası
• Geodinamika
• Geoekologiya
• Hidrogeologiya
• Neft və qaz yataqlarının işlənməsi və istismarı
• Quyu qazma texnologiyaları
• Palçıq vulkanizmi


Tezislər 30 noyabr tarixinə qədər ogi.conference@gmail.com adresinə göndərilməlidir.

Tezislərin tərtibedilmə qaydaları:

Tezisin adı (Times New Roman,böyük hərflərlə, qalın şriftlə, ortada, şrift -12) ;
Müəllifin S.A.A. (Times New Roman,kiçik hərflər, qalın şriftlə, ortada, şrift - 11);
İş (təhsil) yeri (Times New Roman,kiçik hərflər, ortada, şrift - 11);
Müəlliflərin e-mail ünvanı (Times New Roman,ortada);
Açar sözlər: açar sözlərin sayı 5-dən artıq olamamalıdır (Times New Roman,şrift- 11).
Məruzənin əsas mətni (Times New Roman,şrift 11, sətirlərarası interval - 1, paraqraf abzası – 1, 25 sm);
Ədəbiyyat siyahısı: məqalənin sonunda “ƏDƏBİYYAT” adı ilə verilir (şrift 11).


Əlaqə: +994515131353;
+994708120797.