MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2021-05-16 08:48:01 952

AMEA Neft və Qaz İnstitutunda UFAZ tələbələrinin neft-qaz yataqlarının işlənməsi üzrə təcrübəsi davam edir

AMEA Neft və Qaz İnstitutunda Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələrinin neft-qaz yataqlarının işlənməsi üzrə təcrübəsi davam edir. AMEA Neft və Qaz İnstitutunun “Karbohidrogen yataqlarının işlənilməsinin texniki-texnoloji və iqtisadi problemləri” şöbəsində Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri Həsənağa Abbaszadə və Niyazi Qədiri təcrübəni davam etdirirlər. “Karbohidrogen yataqlarının işlənilməsinin texniki-texnoloji və iqtisadi problemləri” şöbəsində təcrübədə olan tələbələr şöbə müdiri, t.ü.f.d. Bünyad Kazımov tərəfindən öz buraxılış işlərinin yerinə yetirilməsinə cəlb olunmuş və bununla əlaqədar, Abbaszadə Həsənağa Anar oğlu “Karbohidrogen yataqlarının işlənilməsinin layihələndirilməsinin əsas prinsipləri və onların həyata keçirilməsi imkanları” və Qədiri Niyazi İbrahim oğlu isə “Karbohidrogen yataqlarının işlənilməsinin ayrı – ayrı mərhələlər üzrə səciyyəsi və səmərəliliyinin təmin edilməsi imkanları” mövzusunda buraxılış işlərini yerinə yetirirlər.

Tələbələr təcrübə müddətində şöbədə yerinə yetirilən elmi-tədqiqat işinin mövzusuna uyğun olaraq süxurların reologiyası nəzərə alınmaqla karbohidrogen yataqlarının işlənilməsinin layihələndirilməsi və ehtiyatların idarə edilməsi üzrə yeni proqnoz üsullarının yaradılması ilə bağlı məsələlərin qoyuluşu haqqında müfəssəl nəzəri-təcrübi biliklər əldə edir, eyni zamanda həmin məsələlərin həllinə tətbiq edilən metodiki yanaşmalar və alınmış müvafiq həll və alqoritmlərin kompüterdə realizasiyası üzrə əməli bacarıqlara yiyələnirlər.