MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2021-05-19 08:30:53 910

AMEA Neft və Qaz İnstitutunun əməkdaşları Beynəlxalq elmi-təcrübi konfransda iştirak etmişlər

AMEA Neft və Qaz İnstitutunun əməkdaşları Qazaxıstan Respublikasında keçirilmiş Beynəlxalq elmi-təcrübi konfransda iştirak etmişlər. Qazaxıstanın Aktau şəhərində Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetində “Mühəndislik” fakültəsinin təşkil etdiyi Qazaxıstan Respublikasının müstəqilliyinin 30 illik yubileyinə həsr edilmiş beynəlxalq elmi-təcrübi onlayn konfransda əldə etdikləri elmi nəticələr üzrə məruzələr etməklə iştirak etmişlər.

Konfransda AMEA Neft və Qaz İnstitutunun əməkdaşları - şöbə müdiri və elmi işçiləri, eləcə də bir dissertant və magistri – şöbə müdirləri: AMEA-nın müxbir üzvü, t.e.d., professor Calalov Q.İ., AMEA-nın müxbir üzvü, t.e.d., professor Əfəndiyev Q.M., t.ü.f.d. Kazımov B.Z., dissertant: t.ü.f.d. Mirzəyeva D.R., aparıcı elmi işçilər: t.ü.f.d. Mamalov Y.N., t.ü.f.d. Qorşkova Y.V., elmi işçi: Qəhrəmanlı S.M. və magistr Rəcəbli A.Z. iştirak etmişlər.